Yeməmisən qaz ətini...

Bir çox Asiya və Avropa ölkələrinin mətbəxində özünəməxsus yeri olan qaz ətini bir çoxlarımız sevirik. Amma ləzzəti ilə yanaşı tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmi üçün çox faydalı bir qidadır. 

Qaz əti adətən qışda yeyilir. Tərkibində bol miqdarda vitamin və minerallar var. Çox duzlu və yağlı istifadə edilməsi məsləhət görülməyən qaz ətinin suyu da özü qədər ləzzətli və faydalıdır. 
Davamı →

Kəsmikli banan


Bu qarışımın saymaqla bitməyən faydaları vardır, həm uşaqlar həm böyüklər üçün olduqca faydalı bir qidadır, çox dadlıdır hətta kiçik uşaqlar belə həvəslə yeyə bilir. Qarışımın çox faydalı olması üçün yaxşı olar kənd südünü çürüdüb (bunun üçün südə 1-2 damcı soda qarışdırmaq kifayətdir) süzüb bananla qarışdırasınız.

Uşaqlar üçün gündə 1 ədəd banan 2 xörək qaşığı kəsmik böyüklər üçün isə 2 ədəd banan 5 xörək qaşığı kəsmiyi bir birinə qarışdırıb ac qarına yemək lazımdır, sümük inkişafı, kalsium çatışmazlığı üçün mükəmməl bir qarışımdır, bu məqsədlə uşaqların hər gün yeyilə biləcək qidası olmalıdır, bu qarışım insanın əhval ruhiyyəsini yüksəldir, insanın sinir oyanıqlığını azaldır, ürək, əzələ zəifliyi üçün faydalıdır, yorğunluğu götürür əsəb sakitləşdirici təsir edir, kişilər üçün faydalıdır çinsi istəyi çox artırır (hətta qoz fındıqdan belə qüvvətlidir), klimaks keçirən xanımların hər gün istifadə edəcəyi qida olmalıdır çünki bu dövrdə kalsium itkisinin və çox tərləmənin qarşısını alır.
Davamı →

Hər səhər bir qaşıq bal

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.
Davamı →

Xaşxaş faydalıdır

Bir çox insanlarda xaşxaş yalnız narkotiklərlə assosiasiya edilir. Lakin bu bitkinin dəymiş toxumları orqanizmə heç bir narkotik təsir etmir. Əksinə onlar çox faydalıdır.

Xaşxaş bütün dünyada kulinariyada geniş istifadə olunur. Xoş dadından əlavə xaşxaşın çox qiymətli müalicəvi xüsusiyyətləri də var. Xaşxaş antioksidantlar, flavonoidlər, antosianlar, orqanik turşular, vitaminlər və minerallarla zəngindir.
Davamı →

Faydalı cütlüklər

Amerika jurnalı Nutrition xəbər verir ki, bəzi məhsulları birlikdə istehlak etmək lazımdır ki, onlar biri birinin faydasını artırır.

1. Alimlər fikir veriblər ki, balıqla sarımsağın birlikdə istehlakı xolesterolu daha yaxşı aşağı salır.

Davamı →

Sarımsaq yağı

Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.

Bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qrip xəstəliklərinin güclü profilaktik vasitəsidir.

Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.

Sarımsaq yağı damarlar üçün çox faydalıdır — onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.
Davamı →

Orqanizmi toksinlərdən təmizləyən içki

Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər. Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır.

Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.
Davamı →

Sağlam qidalanma uşaqları xoşbəxt edir

Sağlam qidalanma çəkidən asılı olmayaraq uşaqların daha sakit olmasına səbəb olur. İsveçin Höteborq Universitetinin nəzdində fəaliyyət göstərən Salqrensika Akademiyasının alimlərinin apardığı araşdırma nəticəsində rafinə edilmiş şəkər və yağın istifadəsinin məhdudlaşdırılması və meyvə-tərəvəz istehlakının artırılması uşaqlarda özünəhörmət duyğusu yaratdığı məlum olub.

Bununla yanaşı, həmin qidalar sayəsində balacaların özlərini güclü hiss etməsi, emosional problemlərlə üzləşməməsi, yaşıdları və ailələri ilə daha yaxşı münasibət qurduğu aşkarlanıb.
Davamı →

Çia toxumu

Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür.
Bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub! 

Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.
Davamı →

Əncirli süd

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz əncirli südün inanılmaz faydalarını bilirdinizmi?

Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır. 

Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır. Qəbizlik üçün əncirli südü necə istifadə etməli?
Davamı →